“Bullinqə yox deyək!” adlı dəyirmi masa

     Məktəbdə VII - VIII sinif şagirdlərinin iştirakı ilə ’’Bullinqə yox deyək!’’ mövzusunda dəyirmi masa keçirilib. Psixoloqlar Gülsənəm Bayramlı və Gültəkin İskəndərova bullinq davranışı, onun növləri, təsirləri, qarşısının alınması yolları haqqında şagirdlərə məlumat veriblər. Sonra şagirdlər bir neçə kiçik hekayə üzərində bullinqin mövcudluğunu araşdırıblar, hansı bullinq növündən istifadə edildiyini müəyyən ediblər, fikir mübadiləsi aparıblar. Sonda bullinq mövzusunda təqdimat nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi