Təbiəti sevənlərin xeyirxah əməli

Məktəbimizin təbiətsevər şagirdləri "Təbiətisevənlər" layihəsi çərçivəsində isti ölkələrdən qayıdan quşların rahat yaşaya bilməsi üçün yuvalar hazırlayıblar. İlk öncə quş yuvalarının hazırlanması üçün lazım olan avadanlıqlar alınıb. Məktəblilər dərsarası fasilələrdə, eləcə də dərsdən sonra bir araya gələrək yuvalar hazırlayıblar. Sonra yuvaları ağaclardan asıblar. Təşəbbüs digər məktəblilər tərəfindən də müsbət qarşılanıb.