Biz keçmişə güvənərək gələcəyə addımlayırıq

Bu gün 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 6b sinif şagirdləri “Biz keçmişə güvənərək gələcəyə addımlayırıq“ adlı dəyirmi masa keçiriblər. Bu əziz gün münasibətilə ərsəyə gəlmiş bu tədbirdə şagirdlərimiz 31 dekabrın Azərbaycan xalqının tarixində ən yaddaqalan, ən şərəfli günlərdən biri olduğunu, əsasının 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin açılması zamanı qoyulduğunu və 1991-ci ilin 16 dekabrında Heydər Əliyev tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi elan edildiyini qeyd ediblər.
Eyni zamanda şagirdlər milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edilmiş həmrəyliyimizdən, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların yüksək dərəcədə fəallıq göstərməsindən, daha sıx birliyindən qururla söhbət açıblar.
Şagirdlərimiz həm də ecazkar musiqiləri, gözəl, zərif rəqsləri ilə dünya azərbaycanlılarını bir daha təbrik ediblər və xorla “Qoy bütün dünya, bütün bəşəriyyət eşitsin, bilsin, duysun ki, bizim əllərimizdəki güllə deyil, bax, bu güllərdir”-deyərək tədbiri yekunlaşdırıblar.