MƏKTƏBDƏ İNTELLEKTUAL OYUN KEÇİRİLİB

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birlik rəmzidir. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. Məktəbimizdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 11-ci sinif şagirdlərindən təşkil olunmuş Erudit , Səma, Kainat komandaları arasında intellektual oyun keçirilib. Oyun 3 raundan ibarət olub. Maraqlı yarışma keçirilib. Sonda Erudit komandası yarışın qalibi olub.Yarışda şagirdlər böyük fəallıq nümayiş etdiriblər.