Tarix yazan oğullar

Məktəbin riyaziyyat müəllimi Zenfira Abdullayevanın təşəbbüsü ilə şəhid Aslan Vəliyyəddin oğlu Abbasovun adını daşıyan 8"B" sinfində şəhidin 27- cı doğum günü qeyd olunub. Tədbirdə şəhidin anası, məktəb rəhbərliyi, müəllim kollektivi və həmin sinfin şagidləri iştirak ediblər. Tədbir zamanı şəhidin qısa ömür yoluna nəzər salınıb  Şagirdlər şəhidə həsr olunmuş mahnı və şeir parçaları səsləndiriblər. Tədbir Azərbaycan Dövlət Himni ilə başlanıb və şəhidlərin ruhu 1 dəqiqəlik sükütla yad edilib.Tədbir iştirakçılarının kövrək nitqində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına isə səbir dilənib .Aslan Abbasov və onun kimi qəhrəman şəhidlərimizin şərəfli ömür yolu şagirdlərimizə örnək olaraq göstərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi