MÜZƏFFƏR ORDUNUN VƏ DÖVLƏTİN QALİB SƏRKƏRDƏSİ

   Məktəbin tarix müəllimi Ofelya Cəfərovanın təşkilatçılığı ilə  “Müzəffər ordunun sərkərdəsi “adlı dəyirmi masa keçirilib. Müəllim çıxışında bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından təmizləyib, ölkənin ərazi bütövlüyünü təmin edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır. Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb.Sonra şagirdlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğunda olan uğurlardan danışıblar. Cənab İlham Əliyevin sərəncamları ilə dövlətin və xalqın gücü ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin vüsət alması istiqamətində gərəkli tədbirlərə başlanıldığını  qeyd ediblər. Şagirdlər çıxışlarında bildiriblər ki,  Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da gücləndirəcək, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz yeni-yeni nailiyyətlərə imza atacaq. Sonda şagirdlər Prezident İlham Əliyev cənablarını doğum günü münasibətilə təbrik ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi