Azərbaycan dili fənnindən nümunəvi dərs keçirilib

Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva İlahə 8"A" sinfində Azərbaycan dilindən "Zəhər" mövzusunda nümunəvi dərs keçirib. Şagirdlər təlim nəticələrinə uyğun verilən tapşırıqlara qruplar şəklində cavab veriblər. Mövzu ilə bağlı verilən vaxt ərzində nəqli esse yazıblar. Şagirdlərin qiymətləndirilməsi meyarlar üzrə aparılıb. Dərsdə məktəb müdiriyyəti, fənn müəllimləri iştirak edib. Sonra dərsin təhlili aparılıb. Müəllimə metodik tövsiyələr verilib.