“Riyaziyyat hər yerdə”

Bu gün məktəbin riyaziyyat müəllimləri Abdullayeva Zenfira və Hüseynova Aygünün təşəbbüsü ilə 11"A" və 11'B" siniflərinin riyaziyyat sevərləri arasında “Riyaziyyat hər yerdə” adlı dəyirmi masa keçirilib. Şagirdlər öz aralarında riyaziyyatın tətbiq sahələri haqqında dialoqlar aparmış və bir-birindən maraqlı təqdimatlar nümayiş etdiriblər. Onlar riyaziyyatın istər digər elmlərlə əlaqəsini, istərsə də incəsənətdə, iqtisadiyyatda, tikintidə, kulinariyada tətbiq sahələrini araşdıraraq fənnin əhəmiyyətindən danışıblar. Məcidli Tural, İsmayıllı Zərri, Sayadlı Aydın, Muradova Fatimə, Əliabbasov Əli, Kərimova Rüqayə, Quliyev Məcid, Mirzəyev Murad  hazırladıqları təqdimatlarda riyaziyyat fənninin nə qədər əhəmiyyətli və lazımlı olduğunu nümayiş etdiriblər. Təqdimatlar şagirdlər tərəfəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi