RIYAZIYYAT FƏNNİNDƏN NÜMUNƏVİ DƏRS KEÇİRİLİB

Məktəbin riyaziyyat müəllimi Ayğun Hüseynova 5"A"sinfində “Onluq kəsrlərin toplanması” mövzusunda nümunəvi dərs keçirinb. Müəllim öyrənmə prosesində şagirdlərə düşündürücü suallar verib. Qruplarla iş zamanı şagirdlərin qarşılıqlı qiymətləndirilməsinə diqqət yetirib. Dərsin refleksiya mərhələsində 3-2-1 üsulundan istifadə edib. Dərsdə məktəbin direktoru Kəmalə Qədirova, direktor müavinləri Nazimə Zeynalova, İlahə Məmmədova və riyaziyyat müəllimləri iştirak ediblər. Dərsdən sonra müəllimin nümunəvi dərsi təhlil olunub. Müəllimə metodik tövsiyələr verilib.