“Riyaziyyat və mən” adlı təqdimat keçirilib

Məktəbin riyaziyyat müəllimi  Əliyeva Firuzənin təşkilatçılığı ilə 6"B"sinfində “Riyaziyyat və mən” adlı təqdimat keçirilib. Təqdimatda şagirdlər real həyatda riyaziyyat nə üçün lazımdir? suallarına cavab olaraq-riyaziyyatın qədimdə və indiki dövrdə inkişafı haqqında, riyaziyyat fənninin digər elmlərlə inteqrasiyası barədə fikir mübadiləsi ediblər. Rəhimova Aylinin hazırladığı təqdimatda  riyaziyyat fənninin təbiətlə əlaqəsi, Nəsibli Mətin riyaziyyat və texnologiyaya aid hazırladıgı təqdimatda Zəngilanın Ağalı kəndi olan “Ağıllı kənd” haqqında məlumat verib. Burda da riyaziyyatdan istifadə olunduğunu qeyd edib. Səbziyev Rəsul isə 44 günlük müharibədə dronlar vasitəsi ilə düşmənin yerini təyin etmiş pilotların   riyazi hesablamalar nəticəsində düşməni darmadagın etdiklərini, müharibədə qalib gəlməyimizin  səbəbləri haqqında danışıb. Digər şagirdlər riyaziyyat haqqında maraqlı faktlar, riyaziyyat alimlərinin  sözlərindən sitatlar gətiriblər. Sonda şagirdlər təbiət yaranandan riyaziyyatın yaranması kimi bir nəticəyə gəliblər. Təqdimatda ibtidai siniflər üzrə direktor müavini Məmmədova İlahə, metodbirləşmə rəhbəri Məmmədova Mətanət, riyaziyyat müəllimləri  Abdullayeva Zenfira, Hüseynova Aygün, Azərbyacan dili və ədəbiyyatı müəllimi Bəşirova Həcər iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi