Şagirdlərimizin uğuru

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsində 10-11-ci sinif şagirdlərindən təşkil olunmuş atletika, 6-7 sinif şagirdlərindən ibarət futbol komandalarımız yarışlarda uğurla çıxış ediblər. Beləki, futbol komandamız öz yaşıdları arasında 2-ci, atletlərimiz isə birinci yerə çıxıblar. Hər iki komandamız aprel ayında keçiriləcək yarışların şəhərdaxili mərhələsinə vəsiqə qazanaraq rayonumuzu bu mərhələdə təmsil edəcək. Şagirdlərimizi bu münasibətlə təbrik edir və onlara növbəti mərhələdə uğurlar qazanmağı arzu edirik.