Biologiya fənnindən nümunəvi dərs keçirilib

Məktəbin biologiya müəllimi Minayə Ağayeva IX "A" sinfində "Qan qrupları.Donor olmaq həyat qurtarır “ mövzusunda nümunəi dərs keçirib. Müəllim dərsin maraq oyatma prosesində irəli sürdüyü problemlə şagirdləri düşünməyə sövq edib. Dərs zamanı vaxtdan səmərəli istifadə olunub.Təlim prosesində şagirdlərin qiymətləndirilməsi aparılıb. Dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova iştirak edib.