“Kiçik akademiya” üzvlərinin kimya, fizika, biologiya fənləri üzrə təqdimatı keçirilib

Təqdimatda  9"A" sinif şagirdi Abdullazadə Əli “Ərəb əlkimyaçıların kimyanın inkişafında əsas rolu”, 11"A" sinif şagirdi Məcidli Tural “Atomun quruluşu”, 9"C" sinif şagirdi Şükürova Aydan “Kimya ətrafımızda” mövzuları üzrə araşdırmalarını təqdim ediblər. Sonra fizika  fənni üzrə 11"Ç" sinif şagirdi Kamranzadə Mətin “Cərəyanın müharibəsi”, 9"Ç" sinif şagirdi Məmmədova Şəms, Aleksandrova Larisa “Efir nəzəriyyəsi”, 8"B"sinif şagirdi Ziya Nəsibli  “Alternativ və bərpa olunan enerji mənbələri”, 8"Ç" sinif şagirdi Cəfərli Fərid “Çevrə üzrə bərabər sürətli hərəkət” mövzuları üzrə təqdimat ediblər. Biologiya fənni üzrə də şagirdlərin təqdimatı olub. 8"B" sinif şagirdi Babayeva Fidan “DNT haqqında”, 8"A" sinif şagirdi Əliyeva İlahə “Ekologiya”, 8"A" sinif şagirdi Tağıyeva Bağdad “Ürəyin işi”, 7"D" sinif şagirdi Cəfərova Məryəm “Heyvanlar haqqında” mövzuları üzrə çıxış ediblər. Sonra fənn müəllimləri şagirdlərin araşdırmalarını təhlil ediblər. Tədbirdə iştirak edən  məktəbin direktoru Kəmalə Qədirova və direktor müavini  Nazimə Zeynalova şagirdlərə öz tövsiyələrini veriblər .Şagirdlərin bu bacarıqlarının gələcəkdə onlar üçün böyük töhfələr verəcəyini qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi