RİYAZİYYAT FƏNNİNDƏN NÜMUNƏVİ DƏRS KEÇİRİLİB

Məktəbin riyaziyyat müəllimi Faniyə Məmmədova 8"E" sinif şagirdləri ilə "Trapesiyanın orta xətti" mövzusunda nümunəvi dərs keçirib. Müəllim öyrənmə prosesində şagirdləri düşünməyə yönəldib. Təlim prosesində qiymətləndirmə aparılıb. Dərs zamanı vaxtdan çox düzgün və səmərəli istifadə olunub. Şagirdlərin qiymətləndirilməsi, tədqiqatların aparılması, qruplar arası işlərin təşkili dəqiq bölünmüş vaxt əsasında aparılıb. Dərsdə məktəbin direktoru Kəmalə Qədirova və riyaziyyat müəllimləri iştirak edib.