Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) səmərəli fəailyyətinə görə bir qrup təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı “təqdim olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) səmərəli fəailyyətinə görə bir qrup təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı “təqdim olunub. Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdiri Mehriban Vəliyeva Elm və Təhsil Nazirliyi tərəfindən təltif olunan müəllimləri təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. Təltif olunan müəllimlərin uğurlu təcrübələrini çalışdıqları təhsil müəssisələrində öz həmkarları arasında bölüşmələrinin vacibliyindən bəhs edən İdarə müdiri bunun ümumilikdə təhsilimiz üçün səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Təranə də “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Bu münasibətlə müəllimimizi təbrik edirik.