Şagirdlərimiz “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda olublar

      Məktəbin müəllimləri Aytəkin Əlyarbəyova və Faniyə Məmmədova rəhbərlik etdikləri 6"E" və 7"E" sinif şagirdləri ilə öz tarixi və qədimliyi ilə seçilən “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda olublar. “Yanar dağ” abidəsi ilə tanışlıq şagirdlərdə çox böyük maraq oyadıb. Xalqımızın tarixi keçmişini özündə əks etdirən bu abidəni ziyarət etdikdən sonra kollektiv şəkildə "Yanar dağ" qədim xalça evinə də gedən şagirdlər orada olan qədim xalçalar, ilmələr, xalça toxunmaq üçün istifadə olunan xanalara böyük maraqla tamaşa ediblər. Xalça evində bir xalçanın toxunub başa çatması, nənələrimizin bu sənətə olan böyük sevgiləri haqqında şagirdlərə məlumat verilib. Ekskursiya zamanı maraqlı məqamların yadda qalması üçün xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi