Ruhun sonsuz göylərdədir...

    Hər ildə olduğu kimi bu il də ulu öndərimizin anım günü münasibəti ilə məktəbimizdə silsilə tədbirlər keçirilib. 8"B" sinfində “Tanrıdan tükənməz sərvətimizsən” adlı mühazirə dərsi keçirilib. Dərsdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Həcər Bəşirova dahi şəxiyyətin həyat yolundan, xalqımıza etdiyi misilsiz xidmətlərindən söhbət açaraq diqqəti ulu öndərimiz haqqında maraqlı videoçarxlara yönəldib. Şagirdlər isə Heydər Əliyev haqqında təqdimatlarla çıxış ediblər.

    Sonra dahi liderin anım günü münasibəti ilə 6"B" sinif şagirdləri “ Ruhun sonsuz göylərdədir” adlı dəyirmi masa keçiriblər. Şagirdlərimiz bu əvəzsiz insanın həyatından maraqlı hadisələr danışaraq onun həm ictimai xadim, həm də gözəl ailə başçısı olduğundan fəxrlə danışıblar. Sonda şagirdlər bu qənaətə gəliblər ki, Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə, yaddaşımızda əbədi yaşayacaqdır. O, bizim xatirələrimizin əbədi məhək daşıdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Bu dahi və bənzərsiz şəxsiyyət parlaq günəş kimi üzərimizə daim işıq saçacaq,  həyatımızın hər sahəsində bizə yol göstərəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi