MƏKTƏBDƏ İDMAN NÖVLƏRİ ÜZRƏ YARIŞLAR KEÇİRİLİB

    Məktəblər arasında respublika çempionatına hazırlıq məqsədilə məktəbimizdə müvafiq idman növləri üzrə yarışlar keçirilib.Yarışların əsasnaməsinə uyğun olaraq həm qızlar, həm də oğlanlar arasında 8-9-cu siniflərdə məktəbdaxili basketbol birinciliyi keçirilib. Dairəvi sistemlə keçirilən yarışlarda 8 komanda iştirak edib. Məqsəd şagirdlərin fiziki durumunu qiymətləndirmək və məktəbin yığma heyətini təyin etməkdən ibarət olub. Maraqlı və gərgin idman şəraitində keçən yarışlarda ən çox xal toplayan oğlanlardan ibarət 8d, qızlardan isə 9ç sinfinin şagirdləri qalib olublar. Yekunda qaliblər diplomlarla təltif olunub və xatirə şəkilləri çəkilib.        

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi