Məktəbdə növbəti pedaqoji şura keçirilib

    Məktəbin direktoru Kəmalə Qədirova gündəlikdə olan məsələləri pedaqoji kollektivin diqqətinə çatdırb. Gündəlikdə olan birinci məsələ haqqında çıxış edib. Diaqnostik qiymətləndirmənin müəllimə şagirdlərin güclü və zəif tərəflərini, bilik və bacarıqlarının mövcud vəziyyətini müəyyənləşdirməyə imkan verən ilkin qiymətləndirmə olduğunu qeyd edib. Kəmalə müəllim çıxışında bildirib ki, bu qiymətləndirmənin məqsədi təlimi planlaşdırmamışdan əvvəl şagirdin bilik, bacarıq və yanlış bildiyi məsələləri müəyyənləşdirmək və effektiv təlimin təşkilidir. Kəmalə müəllim dioqnostik qiymətləndirmə ilə bağlı aparılan işlərdən danışıb. Sonra məktəbin ibtidai siniflər üzrə direktor müavini İ.Məmmədova II-IV siniflərdə ana dilindən düzgün yazı vərdişlərinin formalaşdırılması vəziyyəti, III-IV siniflərdə riyaziyyat fənninin, şagirdlərin oxu bacarıqlarının səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsinin təşkili barədə çıxış edib. İlahə müəllim yazı işlərinin aparılması  zamanı görülən işlər barədə məlumat verib. Sonra II-XI siniflərdə ingilis dili, ikinci xarici dil, V-XI  siniflərin Azərbaycan bölməsində rus dili, VII-XI  siniflərin rus bölməsində alman dili fənlərinin tədrisi vəziyyəti barədə Kəmalə müəllim çıxış edib. Müəllimlərin fənlərin tədrisi vəziyyətinin öyrənilməsi müddətində  gördüyü işlərə  münasibət bildirib. Eyni zamanda tarix-coğrafiya  fənlərinin tədrisi vəziyyətinin yoxlanmasından danışıb. Ötən tədris ilində  IV siniflərin təlim nəticələrinin, V sinif təlim nəticələri ilə müqayisəli təhlili, VI siniflərdə riyaziyyat fənni üzrə monitorinq nəticələri barədə  təhlili təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova  pedaqoji kollektivin diqqətinə çatdırıb. Nazimə müəllim  texniki-təmayül siniflərdə riyaziyyat, fizika, kimya fənləri üzrə tədrisin keyfiyyətinin izlənilməsi məqsədi ilə keçirilən monitorinqin təhlili  barədə danışıb.Görülən işlərin təhlilini verib. Məktəbin direktoru Kəmalə müəllim  pedaqoji şurada IX-XI  siniflərdə imtahan fənlərindən aparılan monitorinqlərin nəticələri barədə məlumat verib. Direktor müavini Nazimə Zeynalova fənn olimpiadalarının məktəb turunun nəticələri barədə pedaqoji kollektivə məruzə edib.
    Məktəbin psixoloqu Gülsənəm Bayramlı məktəbin istedad bankının yaradılması, çətin tərbiyə olunan uşaqların müəyyənləşdirilməsi ilə  bağlı gördüyü işlər barədə məlumat verib. Təşkilatçı İradə İsmayılzadə məktəbin nizam-intizam qaydaları barədə danışıb. Sonda məktəb direktorunun təqdimatı ilə “Qarabağım al-əlvandır, hər tərəfdə xarıbülbül” tədbirinin təşkilatçıları rəğbətləndirilib. Sonda məktəbin direktoru cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi