MƏKTƏBDƏ “XƏMSƏ MÖCÜZƏSİ” I RESPUBLİKA ONLAYN İNCƏSƏNƏT MÜSABİQƏSİNİN MƏKTƏB TURU KEÇİRİLİB

    Məktəbdə  “Xəmsə möcüzəsi” I respublika  onlayn incənət müsabiqəsinin məktəb turunda 8-10 – cu sinif şagirdləri arasında “Nizami  Gəncəvi  yaradıcılığında ümumbəşəri dəyərlər “mövzusunda inşa müsabiqəsi keçirilib. Şagirdlər inşalarında böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının  ümumbəşəri dəyərlərə xidmət etdiyini, şairin yaradıcılığında tez-tez rast gəlinən xeyir və şər, ədalətli cəmiyyət kimi anlayışların bəşəriyyətin bütün dövrlərinə aid olduğunu yazıblar. İnşa yazılarında Nizami Gəncəvinin dahi şair olmaqla bərabər, həm də filosof olduğunu qeyd ediblər. Birinci turun qalibi 8b sinif şagirdi Rzayeva Xədicə olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi