OCEP LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ YARIŞ KEÇİRİLİB

Məktəbimizdə OCEP layihəsi çərçivəsində silsilə tədbirlər davam edir. 7-8 - ci siniflər arasında mini futbol yarışı keçirilib. Yarışda oyunların hər biri 15 dəqiqə olmaqla 2 hissədən ibarət, olimpiya sistemi üzrə keçirilib. Bütün rəqiblərinə qalib gələn 8b sinifi yarışın qalibi olub.Öz fərdi oyunları ilə seçilən uşaqlar isə məktəbimizin idman müəllimləri tərəfindən məktəbimizin rayon daxili yarışlarda iştirak edəcəyi yığma komandanın heyətinə dəvət ediliblər.