MƏKTƏBİMİZDƏ EKOLOGİYA VƏ BİZ MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB.

    Ekoloji problemlərin qarşısının alınması hər bir vətəndaşda ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşması prosesinin düzgün formalaşdırılmasından asılıdır. Bu məqsədlə məktibimizin biologiya müəllimi Minayə Ağayevanın təşkilatçılığı ilə 8a sinfində ekologiya və biz mövzusunda dəyirmi masa keçirilib.Müəllim bildirib ki,şagirdlərdə kiçik yaşlarından təbiətə qayğı ilə yanaşmağı tərbiyə etməklə onların şəxsiyyətinin formalaşmasına təkan vermiş olarıq. Məhz ekoloji təhsil və ekoloji tərbiyə sayəsində şagirdlərdə doğma torpağı və təbiəti sevməyi, ona biganə qalmamağı aşılanmış olarıq. Mövzu ilə bağlı şagirdlərin fikirləri dinlənilib. Maraqlı müzakirə keçib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi