MİLLİ - MƏNƏVİ DƏYƏRLƏRİMİZ VARLIĞIMIZDIR MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Məktəbin tarix müəllimi Ofelya Cəfərovanın təşkilatçılığı ilə 8b sinfində milli mənəvi dəyərlərimiz varlığımızdır mövzusunda dəyirmi masa keçirilib.Ofelya müəllim çıxışında bildirib ki, milli - mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır . Mövzu ətrafında şagirdlərlə fikir mübadilə edilib. “Kitabi-Dədə Qorqud” dastanından günümüzə gəlib çatan mili-mənəvi dəyərləimizdən,qəhrəmanlıqla dolu tarixi keçmişimizdən söhbət açılıb.Müəllim çıxışında vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin qorunub saxlanılmasına və dünyada təbliğinə xüsusi əhəmiyyət verirlər.