Bakı Slavyan Universitetinin nəzdində yerləşən Belarus Mərkəzində OCEP layihəsi çərçivəsində tədbir keçirilib

Bu gün Bakı Slavyan Universitetinin nəzdində yerləşən Belarus Mərkəzində məktəbin müəllim və şagird kollektivinin bir qrup nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. OCEP layihəsi çərçivəsində keçirilən tədbirin giriş hissəsi Azərbaycan və Belarus dövlətlərinin himni ilə açılıb. Məktəbin şagirdləri Belarus dövlətinin tarixindən, Belarus mədəniyyətindən, tarixi abidələrindən, milli adət-ənənəlırindən, qədim şəhərlərindən geniş məlumatlar əldə ediblər. Məktəbin VII "D" sinif şagirdi Ələkbər Abdullayev çox maraqlı təqdimat edib. Şagirdimiz  1941-1945-ci il müharibəsində azərbaycanlı əsgərlərin belarus xalqına etdiyi köməklikdən, müharibə zamanı göstərdikləri qəhrəmanlıqlardan, bir qardaş kimi vahid bir cəbhədə etdikləri fədakarlıqlardan geniş məlumatlı təqdimat edib. Tədbirdə Slavyan Universitetinin tələbələrinin çox maraqlı çıxışları olub. Beləki, Belarus dili öyrənən tələbələr şadirdlərimizi həmin dildə salamlayaraq, söhbət gedən xalqın milli adətlərindən nümünələr təqdim ediblər. Məktəbin müəllimlərindən İsmayılzadə İradə, Mirzəyeva İradə və İbrahimova Rəna da həmin tədbirdə iştirak edib. Daha sonra Belarus Mərkəzinin rəhbəri Albina xanım Seyidova şagirdlərimizlə səmimi görüşərək daha böyük uğurlar arzulayıb, belə tədbirlərin silsilə xarakter almağını arzulayıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi