Alqoritmika platformasında layihələrinin yaradılması müsabiqəsi keçirilib

Şagirdlərdə rəqəmsal bacarıqların formalaşdırılması informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi, uşaqlarda yaşına uyğun innovativ vərdişlər yaradılması, uşaqların texniki yaradıcılıq potensialının və alqoritmik düşüncə bacarıqlarının artırılması, kodlaşdırma üzrə 6 "B"sinifində şagirdlər arasında öz layihələrinin yaradılması müsabiqəsi keçirilib. Müsabiqə zamanı müəllim Paşşanova Vüsalə şagirdlərə öz layihələrini yaratmaq üçün kodun istifadə edilməsindən ətraflı məlumat verdi və şagirdlər öz bacarıqlarından istifadə edərək müxtəlif kodlu oyunlar yaradıb nümayiş etdiriblər. Alqoritmika uşaqları müasir zamanın tələblərinə cavab verən rəqəmsal bacarıqlar formalaşdırılmasında mühüm rol oynayır.