"Qarabağ inciləri" adlı təqdimat keçirilib

  Məktəbin tarix müəllimi Mənsimova Leyla 8"C" sinfində Qarabağ inciləri adlı təqdimat keçirib. Təqdimat 8 "C" sinif şagirdi Həmzəyev Qəzənfərin "Qarabağ"  musiqisini ifa etməsi ilə  başlayıb. Sonra müəllim səfalı Qarabağımız, orada şöhrət olan ziyalılar haqqında məlumat verib .Şagirdlərdən Tağızadə Dəryanur " Xurşidbanu Natəvan"  haqqında hazırladığı slaydı, Cəfərli Fərid isə Qarabağ musiqiçiləri, rəssamları, ədəbiyyatçılari haqqında hazırladıqları təqdimatları nümyiş etdiriblər. Hacıyeva Fatimə Qarabağ atları haqqında araşdırma aparib, maraqlı məlumatları təqdimat iştirakçılarının diqqətinə çatdırıb .Matanova Rəyan görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyat və fəaliyyətinə, yaradıcılıgına toxunub. Sonra şagirdlər çəkdikləri rəsmləri nümayiş etdiriblər .Təqdimat iştiraçılar tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi