" Xudafərin körpüsünün birləşdirdiyi iki Azərbaycan dövləti " mövzusunda nümunəvi dərs keçirilib

Məktəbin tarix müəllimi Mənsimova Leyla 7"B" sinfində IX -XI əsrlərdə Azərbaycanda yaranmış Şəddadilər və Rəvvadilər dövlətlərinin tarixinə həsr olunmuş nümunəvi dərs keçirib. Muəllim dərsində fəal təlim üsullarından istifadə edərək, şagirdləri araşdırma aparmağa sövq edib. Şagirdlər dərs müddətində fəallıq göstərib, əvvəlcədən hazırladıqları Xudafərin körpüsünün maketini nümayiş etdiriblər. Uzun illər düşmən əsarətində qalan Xudafərinin cəsur igidlərimiz tərəfindən azad edilməsi, prezidentimiz İlham Əliyevin Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızı qaldırması slaydı nümayiş etdirilib. Dərs dinləmədə iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova müəllimə öz tövsiyələrini verib. Dərsin refleksiya mərhələsinin uğurla keçdiyini bildirib.