İnsan alveri mövzusunda dərs keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva İlahə rəhbəri olduğu 8"A" sinfində XXl əsrin bəlası olan "İnsan alveri" mövzusunda dərs keçib. İlahə müəllim şagirdlərə bildirib ki, hər bir məsələdə olduğu kimi, bu məsələdə də təhsil önə çıxır. Çünki insan alverinin qurbanlarına çevrilənlər çox hallarda təhsilsiz insanlar olur, onları aldatmaq daha asan olur. Buna görə də mütəmadi olaraq bu mövzuda söhbət aparmaq, onları maarifləndirmək, bu sosial bəlaya qarşı birlikdə mübarizə aparmaq lazımdır. Sonda şagirdlər mövzu ilə bağlı videoçarx izləyiblər.