MƏKTƏBDƏ “MƏNİM AİLƏM”LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ VALİDEYNLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

Məktəbdə “Mənim ailəm”layihəsi  çərçivəsində 5-11-ci sinifdə oxuyan şagirdlərin valideynləri ilə görüş keçirilib. Valideynlərin məktəbdəki günü səhər saat 9-da başlayıb. İlk öncə məktəbin direktoru Kəmalə Qədirova valideynlərlə maarifləndirici söhbət aparıb. Görüşün şagirdlər üçün əhəmiyyətindən danışıb. Kəmalə müəllim bildirib ki, görüşün əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir. Görüşdə valideynləri maraqlandıran suallar cavablandırılıb. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Sonra  psixoloq Zəhra Qorxmaz “Pozitiv  valideynlik bacarıqları” mövzusunda söhbət aparıb. Seminardan sonra valideynlər dərs müşahidələrində olublar. Sonra valideynlər vətənpərvəlik mövzusunda keçirilən “Natəvanın özü, sözü və izi” tədbirində iştirak ediblər. Şəhla Gündüzün rəhbərliyi ilə “ Kimlik” şagird studiyasının üzvlərinin ifasında “ Xarıbülbül”, “Qərənfil” tamaşaları göstərilib. Şagirdlər Natəvanın qəzəllərini söyləyiblər. Valideynlər məktəbdən böyük təəssüratla ayrılıblar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi