Şagirdlərimiz Fəxri Xiyabanda olublar

Məktəbin ibtidai sinif müəllimləri Hacıəliyeva Fidan və Hacıyeva Tamilla təşkilatçılığı ilə 4 "D" və 4"E"sinif şagirdləri Ikinci Fəxri Xiyabanda müzəffər ordumuzun qəhrəman şəhidlərini ziyarət ediblər.Şagirdlər torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, öz sevgilərini söylədikləri şeirlərlə bildiriblər.Şəhidlərin məzarları önünə tər qərənfillər düzüblər.Şagirdlər Fəxri xiyabandan qürur hissi ilə ayrılıblar.Torpaq uğrunda ölən varsa, Vətəndir deyiblər.