“Təbiətdən incəsənətə” mövzusunda sərgi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinə əsasən keçirilən yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı layihə təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılmasını nəzərdə tutur. Bu layihə çərçivəsində “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı üçün məktəbdə uşaq birliyi rəhbəri Tağıyeva Bənurə ibtidai sinif şagirdləri ilə məktəbdə bitkilərdən, meyvə toxumlarından , məişət tullantılarından hazırlanmış əl işlərindən ibarət sərgi təşkil edib.