Şagirdlərimiz Təhsil muzeyində olublar

Məktəbin 7"B" sinfinin şagirdləri sinif rəhbəri Mənsimova Leylanın təşkilatçılığı ilə məktəblilərin payız tətili günlərində Təhsil muzeyinə ekskursiya ediblər. Burada şagirdlər tariximizin, ədəbiyyatımızın, mətbuatımızın zəngin irsi, görkəmli insanların həyat və fəaliyyəti ilə tanış olublar. Muzeyin bələdçisi şagirdlərə maraqlı məlumatlar verib .Sagirdlər muzeydən xoş təəssürat ilə ayrılıblar.