Məktəbdə valideynlərlə görüş keçirilib

Məktəbdə 10-11 -ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib. Məktəb rəhbərliyinin yuxarı sinif şagirdlərinin valideynləri ilə iclas keçirməkdə əsas məqsədi şagirdlərin dərsə davamiyyətini müzakirə etmək və valideynlərlə maarifləndirici söhbət aparmaq olub. İclası giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Qədirova bildirib ki, şagird şəxsiyyətinin formalaşmasında valideyn-məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti var. Kəmalə müəllim təlim-tərbiyə prosesi, nizam-intizam qaydaları, dərsə gecikmə halları barədə danışıb. Eyni zamanda keyfiyyətli təhsilin təməlinin tərbiyədən asılı olduğunu qeyd edib. Daha sonra valideynlərin təklifləri dinlənilib. Valideynlərə bildirilib ki, şagirdlərin əsaslandırılmış üzürlü səbəbi olmadan dərsdən yayınması yolverilməz hesab ediləcək və heç bir halda güzəşt olunmayacaq. Xüsusən, 11- ci sinif şagirdlərin davamiyyətinin nəzarətdə olduğu bildirilib.