Narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib

   Məktəbin təşkilatçısı İradə İsmayılzadə, psixoloq Gülsənəm Bayramlı, biologiya müəllimi Aliyə İsmayılova və tibb bacısı Gülçöhrə İsmayılovanın təşkilatçılığı ilə 8-10  – cu sinif şagirdləri arasında “Narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizə “mövzusunda dəyirmi masa keçirilib.İlk öncə narkomoniya və zərərli vərdişlər haqqında videoçarx nümayiş olunub. Sonra təşkilatçı İradə İsmayılzadə şagirdlərlə müzakirə keçirib. Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı  aparılan tədbirlərdən danışıb. İradə müəllim çıxışında bildirib ki,  narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görülüb. Müzakirə olunan məsələ ilə bağlı məktəbin psixoloqu Gülsənəm Bayramlı çıxış edib. Gülsənəm müəllim dünya təcrübəsindən çıxış edərək psixoloq həkimlərin  məsələ ilə bağlı elmi araşdırmalarından danışıb. Şagirdlər də öz münasibətlərini bildiriblər. Sonra məktəbin tibb bacısı Gülçöhrə İsmayılova sağlam həyat tərzi haqqında danışıb. Şagirdlərin zərərli vərdişlərdən qorunması üçün asudə və istirahət vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması istiqamətində görülən işlərin diqqət mərkəzində olunduğunu bildirib. Məktəbin biologiya müəllimi Aliyə İsmayılova zərərli vərdişin 3 növündən danışıb. Eyni zamanda bu zərərli vərdişin insan orqanizimində törətdiyi xəstəliklər barədə məlumat verib .Sonda mövzu barədə müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi