Məktəbdə 12 noyabr Konstitusiya Günü keçirilib

Məktəbin təşkilatçısı  İradə İsmayılzadənin rəhbərliyi və 8"E" sinfinin iştirakı ilə 12 Noyabr Konstitusiya Günü ilə əlaqədar dəyirmi masa keçirilib. İradə müəllim 1995-ci il noyabrın 12-də xalqımız tərəfindən referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılmasında dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Dəyirmi masada şagirdlər təqdimatlarla çıxış ediblər. Fikir mübadiləsi edilib.  Müəllim çıxışında milli konstitutsiyamızın qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunduğunu vurğyulayıb. Sonda Konstitusiya tariximizə həsr olunmuş videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi