Məktəbdə “Zəfər günü”nə həsr edilmiş “Şuşa Qarabağın zümrüd tacıdır”mövzusunda şeir müsabiqəsi keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü”nə həsr edilmiş “Şuşa QarabağIn zümrüd tacıdır” mövzusunda şeir müsabiqəsi keçirilib. Şagirdlər qəhrəman Azərbaycan oğullarının şücaətinə, qəhrəmanlıq əzminə həsr edilmiş şeirlər söyləyiblər. Münsiflər heyəti müəyyən olunmuş meyarlara əsasən şagirdləri qiymətləndiriblər. Müsabiqədə 22 nəfər şagird iştirak edib. 3 nəfər I yer, 4 nəfər II yer, 5 nəfər III yer tutaraq diplomla təltif olunub. Müsabiqədə məktəb müdiriyyəti, fənn müəllimləri iştirak ediblər.