Bəxtinə yar oldu İlham zəfəri!

    Bu gün millətimizin qürur günüdür. Bu gün illərdir ağlayan gözlər sevinc göz yaşları ilə dolur. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç bir yağı düşmənə verən deyilik!
 Məktəbimizin akt zalında bu şanlı, tarixi günə - “Zəfər Günü” nə həsr olunmuş  “ Bəxtinə yar oldu İlham zəfəri”… adlı ədəbi - bədii gecə keçirilib. Tədbiri 8- ci sinif şagirdləri hazırlayıblar. Tədbirdə Qarabağın keçdiyi zəfər yolu işıqlandırılıb. Şagirdlər Zəfər gününə həsr olunmuş şeirlər söyləyib, incə, zərif rəqslər ifa edib, saz havaları çalıb, mahnılar oxuyublar. Şagirdlər  bugünkü qələbədən iftixar hissi ilə danışaraq bildiriblər ki, şəhidlər bizə Vətəni necə sevməyi, azadlıq, müstəqillik uğrunda qurban getməyi öyrədiblər. Zaman gələcək, tarix varaqlanacaq.Varaqlandıqca tarixin hər səhifəsində də, bu dünyaya yeni gələn neçə-neçə nəslində də, hər yüz ilin başında da, hər bir xoş günümüzdə - bayramımızda da sənin adın zirvədə dayanacaq, cənab prezident...- deyə qürurlanıblar.
 Tədbirdə məktəbin hərbi rəhbəri Nurəddin Qasımov Qarabağımızın 30 ildə başına gətirilən oyunlardan söhbət açıb, igid əsgərlərimizin rəşadətli döyüş yolunu işıqlandırıb.
 Tədbiri Həcər müəllim yekunlaşdıraraq ömürlərinin ən gözəl illərində gəncliyinin ən yaxşı çağlarını Azərbaycan xalqının azadlıq və səadəti uğrunda fəda edən  gənclərə ömür boyu borclu olduğumuzdan danışıb və onların  düşmənin yaxasına yapışan əlimiz, danışan dilimiz olduğunu söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi