Tarix fənni üzrə təqdimat keçirilib

Azərbaycanımızın dilbər guşəsi olan Qarabagımızın adət - ənənələri, tarixi ilə bağlı məktəbimizin tarix müəllimi Mənsimova Leylanın təşkilatçılığı ilə 8 "A" sinfi təqdimat keçirib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləniib. Torpaq uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi yad edilib. Sonra Leyla müəllim Qarabağımızın qədim, zəngin tarixi barədə ətraflı məlumat verib. 8"A" sinif şagirdləri Əliyeva İlahə və Tağıyeva Bağdad Qarabağımızın adət-ənənələrini özündə əks etdirən slaydlar təqdim ediblər .Onlar milli geyimlər, musiqimiz, adətlərimiz, xörəklərimiz, Qarabağın məşhur atları haqqında məlumat veriblər. Şagirdlərdən Dünyamalıyeva Aysu gözəl milli rəqs nümayiş etdirib. Sonda cənnət Qarabağımız adlı videoçarx izlənilib.