Şagirdlərimiz muzeyə ekskursiya ediblər

Məktəbin ibtidai sinif müəllimi Sevinc Məcidovanın təşkilatçılığı ilə 2"B" sinfi Mirvarid Dilbazinin “ Nəriman Nərimanov haqqında xatirələr “ mövzusu ilə bağlı yazıçının ev muzeyində ekskursiyada olublar. Şagirdlər muzeydə ictimai xadim, həkim, müəllim Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə yaxından tanış olub, onun şəxsi əşyalarına baxıb, sənədləri haqqında məlumatlanıblar. Uşaqlar dərsdə öyrəndiklərinin muzeydə əyani şahidi olub, buradan böyük təəssüratla ayrılıblar.