Zəfər günün mübarəkdir, Azərbaycan!

Məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyatı müəllimi Beybudova Sevincin və 9"A" sinfinin iştirakı ilə "Zəfər Günü" nə həsr edilmiş "Zəfər Günün mübarəkdir, Azərbaycan!" mövzusunda tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Himni ilə başlayıb.
Şagirdlər torpaqlarımız uğrunda canından keçən qəhrəman oğullarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra ll Qarabağ müharibəsində şücaət göstərmiş müzəffər ordumuzun qəhrəmanlığından qürurla söz açılıb. “Zəfər Günü”nə həsr edilmiş şeirlər söylənilib, vətənpərvərlik ruhunda mahnılar ifa olunub.Tədbir böyük ruh yüksəkliyi ilə sona çatıb.