Qəhrəmanlar unudulmur

Bu gun məktəbin informatika müəllimi Paşşanova Vüsalə 5"B" sinif şagirdiləri ilə II Fəxri xiyabanda Vətən uğrunda canından keçən şəhidlərimizi yad ediblər. Şagirdlər özlərindən sonrakı nəsillərə örnək olan, şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşən qəhrəman oğullarımızın xatirəsini böyük hörmətlə yad ediblər. Vüsalə müəllim şagirdlərə bildirib ki, bu məzarlarda yatan qəhrəman oğullarımız torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalıblar. Onları ziyarət etmək hər birimizin borcudur.