Qarabağ Azərbaycandır !

   Məktəbimizdə “Zəfər Günü”nə  həsr edilmiş silsilə tədbirlər davam edir. Qəhrəman oğullarımızı yad etmək, onlara yüksək ehtiramlarını  bildirmək üçün 7"A" sinif şagirdləri və sinif rəhbəri İlahə Ramazanova  Fəxri xiyabanda şəhidlərimizi ziyarət  ediblər. Qəlblərində Vətən sevgisi olan şagirdlər  sinifdə şəhidlərimizə həsr edilmiş təqdimatlar hazırlayıblar.Şeirlər söyləyiblər.Sonra Vətən dərsinə  Fəxri xiyabanda davam ediblər. Qəhrəman oğullarımızın şücaətindən söz açıblar. Şəhidlərin illər, əsrlər,minilliklər keçməsinə bamayaraq, heç vaxt unudulmayan qəhrəmanlar olduğunu söyləyiblər. Şagirdlər torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların  ən böyük şərəf və qürur mücəssəməsi olduqlarını bildiriblər. Sonra şagirdlər Hərbi Qənimətlər Parkında olublar.  Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar. Şagirdlər müzəffər ordumuzun qələbəsini göstərən hərbi sursatlara baxdıqca düşmənin necə zəif,  qorxaq olduğunu, döyüş meydanından qaçdığının şahidi olublar. Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsini hörmətlə yad ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi