Hüquqlarımızı bilməsək nə olar?

Məktəbin müəllimi Aliyə İsmayılova 8'B" sinfində “Uşaq hüquqları” aylığı çərçivəsində uşaqların pis vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin önəmli rol oynaması, gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyətini qeyd edib.Sonra şagirdlər təqdimatlarla çıxış ediblər.