Məktəbdə "Uşaq hüquqları aylığı" çərçivəsində tədbirlər keçirilir

Məktəbdə “Uşaq hüquqları” aylığı çərçivəsində silsilə tədbirlər keçirilib. Təşkilatçı İradə İsmayılzadə və uşaq birliyi rəhbəri Bənurə Tağıyevanın təşkilatçılığı ilə “Uşaq hüquqları” aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib. “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda dəyirmi masa keçirilib. Şagirdlərlə maarifləndirici söhbət aparılıb. Bu məqsədlə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub, divar qəzetləri hazırlanıb.