Məktəbdə "Sülh, Qardaşlıq və Azərbaycan" adlı tədbir keçirilib

 Məktəbin ingilis dili müəllimləri Əzizova Samirə və İbrahimova Xalidə V və VI sinif şagirdlərinin iştirakı ilə ingilis dilində "Sülh, Qardaşlıq və Azərbaycan" adlı tədbir keçiriblər. Tədbirdə müəllimlər bir sıra ölkələrin mədəniyyəti, adət ənənələri, incəsənəti haqqında məlumat veriblər. Şagirdlərin Fransa, Almaniya, İtaliya, İngiltərə və digər ölkələrin incəsənətini, mədəniyyətini əks etdirən təqdimatları, hazırladıqları videoçarxlar böyük maraqla izlənilib. Tədbirdə həmin ölkələrin Azərbaycanla olan dostluq və mədəni əlaqələrindən danışılıb. Tədbir şagirdlərin böyük marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi