Məktəbdə İngilis dili fənn aylığı çərçivəsində tədbirlər keçirilir

Məktəbdə fənlərin tədrisi vəziyyətinin yoxlanılması ilə bağlı oktyabr ayı ingilis dili fənninin tədrisi vəziyyətini yaxşılaşdırmaq, şagirdlərin fənnə olan maraq və meyillərini gücləndirmək, bilik və məlumatlarını genişləndirmək məqsədilə “İngilis dili fənn aylığı” elan olunmuşdur. Aylıq çərçivəsində nümünəvi dərslər, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar keçirilir. Ingilis və alman dili müəllimləri Ismayılova Cəmilə, Hacıyeva Şəfiqə, Zöhrabova Esmira, Orucova Gülümsər, Əliyeva Zenfiranın təşkilatçılığı ilə "Zəfər Günü" və "Shusha is my motherland" adlı dəyirmi masa keçiriblər. Şagirdlər təqdim olunan mövzular üzrə ingilis dilində təqdimatlar ediblər. Sonda 8- ci sinif şagirdlərinin Zəfər Günü”nə həsr etdikləri videoçarx nümayiş olunub.