Məktəbdə Ədəbiyyat fənnindən nümunəvi dərs keçirilib

   Bu gün məktəbimizin 6"B" sinfində ədəbiyyat fənnindən “Şuşa ili”, Zəfər Günü” fəaliyyət proqramı çərçivəsində“ H. Ziyanın “Qarabağda” şeri  mövzusunda nümunəvi dərs keçirilib. Dərsin əsas məqsədi şagirdlərin ifadəli oxu vərdişlərinin yüksəldilməsi, əsərin mövzu və ideyasının müəyyənləşdirilməsi, “Zəfər Günü” ilə əlaqələndirilməsi və söylənilən fikirlərin faktlarla dəyərləndirilməsi olub. Fəallıq göstərən şagirdlər dərsin bir neçə mərhələsində təlim məqsədlərinə uyğun olaraq müəllim tərəfindən həm qrup, həm də fərdi şəkildə qiymətləndirilib. Şagirdlər çox fəallıq göstərərək, bu qənaətə gəliblər ki, mətn təsviredici xarakter daşıyır. Şeirdən Qarabağın mənəvi və maddi sərvətlərindən, cənnət kimi gözəl diyar olmağından,  Ağdam, Bərdə və Füzulinin Şuşaya daim qardaş – bacı münasibətindən, dosta-qardaşa təmənnasız məhəbbətindən, bu yerlərdə Vaqifin müqəddəs türbəsinin, Natəvan, Zakirin pozulmayan izinin yaşamasından, Üzeyirin nəfəsi, Bülbülün səsi, Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsinin özəlliyindən, sabaha inamla addımlayan oğlundan, qızından kifayət qədər məlumat almaq mümkün olub. Zəfər Günü qürurla ön plana çəkilib, Vətən üçün canından keçən şəhidlərimiz yad edilib. Dərsin sonunda qeyd edilib ki, bu şeir tədqiqat işi üçün çox səmərəlidir. Nümunəvi dərsdə məktəbin müdiriyyəti və pedaqoji kollektivin nümayəndələri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi