Məktəbdə “7-dən 17-yə Vətənpərvərlər!” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

Məktəbin ingilis dili müəllimi Sevda Əfəndizadənin təşkilatçılığı və 6 -cı sinif şagirdlərinin iştirakı ilə “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində “Şəhid müəllimlər” adlı dəyirmi masa keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləniib. Şagirdlər İkinci Qarabağ müharibəsində məktəbi səngərə dəyişən vətənpərvər şəhid müəllimlərin xatirəsini yad ediblər. Sevda müəllim İkinci Qarabağ müharibəsində azğın düşmənlərimizə dərs verən qəhrəman məllimlərimizin həyat yolundan danışıb. Sonda şagirdlər məktəbi döyüş meydanına dəyişən qəhrəman ruhlu müəllimlərə həsr olunmuş videoçarxı nümayiş etdiriblər