ŞAGİRDLƏR "SURAXANI" TANKER -MUZEYİNDƏ OLUBLAR

Məktəbin 6”Ç”sinif şagirdləri sinif rəhbəri Həsənova İrinanın rəhbərliyi ilə dünyada birinci sayılan “Suraxani” tanker-muzeyində olublar. Uşaqlar bələdçilərin müşaiyəti ilə dünyanın ilk tanker-muzeyinin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Ziyarətçilər muzeydəki “Qarabağ Azərbaycandır” adlı interaktivi isə böyük qürurla izləyiblər. Şagirdlər gəzintidən böyük təəssüratla qayıdıblar.