FƏNN OLİMPİADALARININ MƏKTƏB TURU KEÇİRİLİB

Məktəbdə 29 oktyabr 2022 ci- il tarixdə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, kimya, biologiya, fizika, coğrafiya, tarix, informatika fənləri üzrə VIII, IX, X, XI sinif şagirdləri arasında məktəb turu keçirilib. Olimpiadanın keçirilməsində məqsəd xüsusi istedadı ilə seçilən şagirdləri aşkara çıxarmaqdır. Məktəb mərhələsində iştirak edən şagirdlər arasında fərqlənənlərin Respublika Fənn Olimpiadasının şəhər turu mərhələsində iştirakı təmin ediləcəkdir.